
TV REKLAMLARI
XXI əsrdə bütün insan fəaliyyəti reklamla sıx əlaqədədir. Reklam dünya iqtisadiyyatında xüsusi rol oynayır. Kommersiya reklamının köməyi ilə alıcıların diqqətini aşağı tələbatlı mala və ya xidmətə cəlb etmək olar. Reklam alətləri təkcə satış həcmlərinin artırılması üçün istifadə olunmur. Bu, insanlara təsir göstərilməsinin xüsusi növü olmaqla, sosial və hətta siyasi məqsədlər üçün, əhalidə lazımi rəyin formalaşdırılması üçün uğurla istifadə olunur.
TELEVİZİYA
REKLAMININ XÜSUSİYYƏTLƏRİ
Müasir cəmiyyət yüksək sürətlə inkişaf edir və bunun üçün reklam fəaliyyətinin daim təkmilləşdirilməsi tələb olunur. Reklamın müxtəlif növləri mövcuddur, məsələn: çap edilən nəşrlərdə, radioda, binaların fasadlarında, internetdə reklam. Bunlar əsas növlər olmaqla, reklam verən şəxslərin əksəriyyəti tərəfindən istifadə olunur. Lakin kütləvi auditoriyanı ələ almağın ən səmərəli üsullarından biri televiziya reklamıdır.
Dünyada ilk televiziya reklamı 1 iyul 1941-ci ildə Amerika televiziyasının kanallarından birində nümayiş etdirilib. Birinci nümayiş uğurlu şəkildə planlaşdırılmışdı. Qol saatını reklam edən video çarx televiziyaya baxmanın ən fəal vaxtında, beysbol matçının yayımı başlanmazdan əvvəl göstərilmişdi.
Televiziya reklamı insanlara xüsusi təsir göstərmək gücünə malikdir. O, insanların emosiyalarına və hətta hisslərinə toxunmağa qadirdir, məhsulun təbliğ edilməsinin digər növləri ilə müqayisədə isə, bir sıra müsbət cəhətə malikdir. Lakin buna baxmayaraq, televiziyada reklam mənfi cəhətlərdən də xali deyil. Təbliğatın bu növünün bütün üstünlükləri və nöqsanları aşağıda nəzərdən keçirilir.
TELEVİZİYA
REKLAMININ ÜSTÜNLÜKLƏRİ
1. SƏMƏRƏLİLİK
Reklam videoçarxları daha çox yadda qalır, onlar televiziyanın bütün imkanlarından geniş şəkildə istifadə etməyə yol verir. Çarxların çəkilməsi üçün tanınmış şəxsiyyətlər dəvət edilir, məşhur musiqi əsərləri istifadə olunur. Bütün bunlar parlaq təsvirlə birləşdikdə tamaşaçıların yaddaşında uzun müddət ərzində qalmağa qadirdir. Reklam edilən məhsulu ehtiva edən təsviri gördükdə, parlaq reklam çarxı sayəsində insanda müsbət assosiasiyalar meydana çıxır.
2. GENİŞ ƏHATƏ DAİRƏSİ
Müasir televiziyanın yayımı nəhəng ərazi miqyaslarına malikdir. Televiziya nümayişləri ilə müqayisədə, təbliğatın heç bir digər növü mümkün müştərilərin daha geniş auditoriyasını əhatə edə bilməz.
3. HƏDƏF ALINAN AUDİTORİYA
Televiziyanın köməyi ilə məhsulun hədəf auditoriyasını asanlıqla tapmaq olar. Məsələn, reklamın günün hansı vaxtında, müəyyən verilişlər zamanı və ya təbliğ edilən mala yaxın olan tematikaya malik olan ixtisaslaşdırılmış kanallarda nümayiş etdirilməsini nəzərə alaraq, bunu etmək olar. Televiziya kanallarının rəhbərliyi öz reytinqlərini izləyir, ona görə də düzgün seçilmiş televiziya verilişi zamanı nümayiş etdirilən reklam hədəf müştəriləri cəlb etməyə qadirdir.
4. VAXTIN İDARƏ EDİLMƏSİ
Müasir televiziyanın yayımı nəTeleviziyanın daha bir üstünlüyü ondan ibarətdir ki, burada reklam vaxtının uzunluğunu tənzimləmək imkanı mövcuddur. İnsanlar orta həcmlərdə olan məlumatları daha asan qavrayır, ona görə də reklam çarxlarının müddəti adətən 30 saniyədən artıq olmur. Məlumatın səciyyəsindən və əhəmiyyətindən asılı olaraq, daha yüksək məhsuldarlıq naminə reklamın müddətini uzatmaq olar.
5. SEÇİM SƏRBƏSTLİYİ
Reklam çarxlarını çəkmək imkanına malik olmayan və ya sadəcə bunu etmək istəməyən, reklam verən şəxslər televiziya elanını öz əmtəəsinin təbliğ edilməsinin bir variantı kimi istifadə edə bilər. Bu cür elanlar məlumatın teletekst, diktorlar və ya qaçan sətir vasitəsilə nəql edilməsi şəklində ola bilər. Bu isə, o halda çox faydalı ola bilər ki, bu cür elanlar hədəf auditoriyanın baxdığı verilişlər zamanı yayıma buraxılsın.
6. TƏCİLİ SATIŞLAR
Televiziya reklam nümayişi zamanı onlayn satışlar həyata keçirmək imkanı verir. Bu, imkan verir ki, fəal müştərilər deyilən şəxslər əldən buraxılmasın. Satılan mal özünün bütün üstünlükləri ilə bilavasitə ekranda nümayiş etdirilir, reklam verən şəxslə əlaqə saxlamaq üçün telefon nömrəsi ekranda göstərilir. Bunun təmin etdiyi rahatlıq ondan ibarətdir ki, alıcılar öz evlərindən çölə çıxmadan, mal satın almaq imkanı qazanır.
TELEVİZİYADA
REKLAM NƏDİR?
TELEVİZİYA REKLAMI – bir və ya bir neçə televiziya kanalında yayımlanan reklamdır. Geniş yayılmış bir fikrə zidd olaraq, bu cür reklam təkcə video çarxları deyil, həm də bir çox digər formatları ehtiva edir.
Marketoloqlar təsdiqləyir ki, televiziya reklamı brendlərin, malların və xidmətlərin təbliğ edilməsinin ən səmərəli növlərindən biridir. Bununla belə, o, istənilən digər təbliğat aləti kimi öz xüsusiyyətlərinə, üstünlüklərinə və nöqsanlarına malikdir.
TELEVİZİYADA
REKLAMIN YAYIM VAXTI
Bütün efir vaxtı şərti olaraq vaxt intervallarına – müddətlərə bölünür və bunların hər birinin öz auditoriyası olur. Bu, reklam verən şəxsin nəzərə almalı olduğu ən mühüm amillərdən biridir.
Aşağıdakı vaxt intervalları mövcuddur:
| Səhər (6.00 – 12.00) | Auditoriya: məktəblilər, evdar qadınlar. |
| Günorta (12.00 – 17.00) | Auditoriya: evdar qadınlar, tələbələr. |
| Axşam (17.00 – 19.30) | Auditoriya: iş günündən sonra evə qayıdan insanlar. |
| Pik vaxtı (19.30 – 22.00) | Auditoriya: televiziya tamaşaçılarının əksəriyyəti. |
| Gec vaxt (saat 22.00-dan başlayaraq) | Auditoriya: səciyyəvi iş qrafikinə malik olmayan insanlar, işsizlər. |
TELEVİZİYADA
REKLAMIN NÖVLƏRİ
Televiziya reklamının çoxsaylı müxtəlif növləri mövcuddur və bunların hər birinin öz xüsusiyyətləri, üstünlükləri və nöqsanları var.
Bir qayda olaraq, televiziya reklamının aşağıdakı növləri tanınır:
1. Video çarxlar. Özü-özlüyündə video çarxları bir neçə növə ayırmaq olar. Onlar multiplikasiya filmi, sənədli film və ya oyun səciyyəli çarxlar ola bilər. Həmçinin yayım müddətinə görə bir-birindən fərqlənən geniş və qısa çarxlar mövcuddur. Mütəxəssislər qeyd edir ki, məhz video çarxlar televiziya tamaşaçısına ən yüksək təsir səviyyələrindən birinə malikdir. Bununla belə, onların öz mənfi cəhətləri də var. Belə ki, birincisi, reklam verən şəxs efir vaxtı üçün son dərəcə böyük məbləğ ödəməli olacaq. İkincisi, heç kimə sirr deyil ki, reklam çarxları bir çox halda istehlakçıların qıcıqlanmasına səbəb olur, xüsusilə əgər həmin çarxlar sevimli televiziya verilişinin və filmin nümayişini kəsirsə.
2. Ekran şəkilləri – hərəkətsiz reklam təsvirləridir. Bu cür reklam diktorun səsləndirdiyi elanla müşayiət olunmur, lakin reklam verən şəxslər musiqi tərtibatı hesabına bunu kompensasiya edir. Ekran şəkilləri silsiləsi parlaq, nəzərə çarpan və maksimal dərəcədə cəlbedici birinci şəklə malik olmalıdır. Bununla yanaşı, onun quruluşu maksimal dərəcədə yüngül və sadə olmalıdır – bu, televiziya tamaşaçısına imkan verəcək ki, o, reklam süjetini asanlıqla qavrasın. Yadda saxlayın ki, bir-birini əvəz edən şəkillərin ardıcıllığı ekran şəkilləri üçün ən böyük əhəmiyyət kəsb edir. Bu cür şəkillərə firma loqotiplərini, şirkət emblemlərini və şüarlarını aid etmək olar.
3. Reytinqli televiziya proqramlarına sponsorluq. Bu cür reklam çoxsaylı formalara malik ola bilər. Belə ki, məsələn, sizin şirkətin məhsulları məşhur televiziya verilişlərində və viktorinalarında mükafat kimi təklif edilə bilər. Aparıcı daim sizin ticarət nişanınızın adını təkrarlayacaq, studiyalara isə sizin reklam lövhələriniz təqdim ediləcək və onlar müntəzəm şəkildə kadra düşəcək.
4. Televiziya elanları. Bu cür elanlar öz qısalığı (onlar cəmi bir neçə saniyə davam edir) və tez nəzərə çarpması ilə fərqlənir. Bununla yanaşı, elanda həm qrafik təsvirlər silsiləsi, həm də səs yazısı verilir. Diktor sizin malınız haqqında danışan zaman sizin müəssisənin əsas əlaqə məlumatı ekrana çıxardılır.
5. Qaçan sətir. Televiziyada reklamın bu növü ucuzdur, lakin bununla yanaşı səmərəlidir. Qaçan sətir ekranın aşağısında göstərilir, tamaşaçının qıcıqlanmasına səbəb olmur, lakin istehlakçıların yadında yaxşı qalır.
6. İxtisaslaşdırılmış televiziya verilişlərində iştirak. Çoxsaylı televiziya proqramları mövcuddur ki, onlar əsas diqqəti müəyyən mövzuya yönəldir və bu mövzularla maraqlanan tamaşaçılar üçün nəzərdə tutulub. Əgər satış təmsilçisi ekspert və ya mal haqqında məlumat verən şəxs qismində bu cür verilişə gələrsə, o zaman bu, istehlakçıların loyallığını xeyli yüksəldər və brendin imicinə müsbət təsir göstərər.
7. Televiziya ilə yayımlanan tədbirlərə sponsorluq və ya bu cür tədbirlərdə iştirak. Belə ki, televiziya kanallarının müəyyən hadisəyə, məsələn idman matçına ən cüzi belə aidiyyəti olmaya bilər, lakin onlar mütləq həmin hadisəni yayımlayacaq. Beləliklə, əgər siz öz reklam lövhənizi düzgün yerləşdirərsinizsə, onu milyonlarla televiziya tamaşaçısı görəcək. Bundan əlavə, siz hətta televiziyada efir vaxtının haqqını ödəməli olmayacaqsınız.
8. Kabel televiziyasında reklam. Kabel televiziyasının mühüm müsbət cəhətlərinə nisbətən aşağı qiyməti və seçmə qabiliyyətini aid etmək olar. Belə ki, reklam verən şəxs bütövlükdə televiziya tamaşaçılarına müraciət etmək əvəzinə, televiziya verilişlərinin, məsələn idman, uşaq və ya musiqi proqramlarının ixtisaslaşması sayəsində əsas diqqəti konkret qrupa yönəldə bilər. Bundan əlavə, bəzi hallarda kabel televiziyasında təbliğatın səmərəliliyi televiziya reklamının digər növlərinin səmərəliliyindən az olmur. Üstəlik, bu cür reklam onu verən şəxsə lazım olan qədər davam edə bilər, müəyyən televiziya verilişinin əsas mövzusuna uyğunlaşdırıla bilər və hətta bu və ya digər məhsula dair tələbatın öyrənilməsi üçün istifadə oluna bilər. Bununla belə, kabel televiziyasının öz mənfi cəhətləri də var və onların arasında nisbətən aşağı keyfiyyəti və televiziya tamaşaçıları auditoriyasının məhdudluğunu qeyd etmək olar.