media-radio-ads-share

RADİO REKLAMLARI

XXI əsrdə bütün insan fəaliyyəti reklamla sıx əlaqədədir. Reklam dünya iqtisadiyyatında xüsusi rol oynayır. Kommersiya reklamının köməyi ilə alıcıların diqqətini aşağı tələbatlı mala və ya xidmətə cəlb etmək olar. Reklam alətləri təkcə satış həcmlərinin artırılması üçün istifadə olunmur. Bu, insanlara təsir göstərilməsinin xüsusi növü olmaqla, sosial və hətta siyasi məqsədlər üçün, əhalidə lazımi rəyin formalaşdırılması üçün uğurla istifadə olunur.

RADİODA
REKLAMIN ÜSTÜNLÜKLƏRİ


Radio ən geniş yayılan, dinləyiciləri yormayan və xoş olan KİV-lərindən biridir. İnternetin nəhəng miqyasda yayılmasına baxmayaraq, çox böyük sayda insan əvvəlki kimi radio dinləyir və onların arasında avtomobil həvəskarları, evdar qadınlar, ticarət mərkəzlərinin ziyarətçiləri, ictimai nəqliyyatdan istifadə edən insanlar və s. var. Bu cür nəhəng auditoriya radionu müxtəlif məhsulların və xidmətlərin təbliğ edilməsi üçün səmərəli və sevilən bir meydançaya çevirir.

Lakin reklamın istənilən digər növü kimi, radio reklamı da öz xüsusiyyətlərinə, üstünlüklərinə və nöqsanlarına malikdir.

Bu məqalədə siz bu cür təbliğatın əsas müsbət və mənfi cəhətləri, bu cür reklamın əsas növləri, onun dəyəri və sizin reklam kampaniyanızı mümkün qədər məhsuldar edə bilən üsulları haqqında məlumat ala biləcəksiniz.

RADİODA
REKLAM NƏDİR?


Radio reklamı radiostansiyada yayımlanan audio çarxlar, elanlar, qısa reklam qabağı elanlardır.

Onlar gözəllik salonlarından başlayaraq və avtomobillərə texniki xidmət stansiyaları ilə bitirərək, ən müxtəlif malların, xidmətlərin, müəssisələrin və ticarət obyektlərinin təbliğ edilməsi üçün reklam verən şəxslər tərəfindən istifadə olunur.

Radioda reklam haqlı olaraq ən səmərəli reklam meydançalarından biri hesab olunur və sahibkarların böyük rəğbətini qazanmışdır.

RADİO
REKLAMININ NÖVLƏRİ


Radioda reklamın çoxsaylı növləri mövcuddur. O, öz formasına, həcminə və yayım yerinə görə təsnif olunur. Bu cür rəngarənglik reklam verən şəxsə imkan verir ki, o, özünə ən çox uyğun gələn variantı seçsin və öz məhsullarına və ya xidmətlərinə tələbatı xeyli yüksəltsin.

Radio reklamının aşağıdakı formaları mövcuddur:

1. Audio çarxlar. Radio reklamının bu növü ən geniş şəkildə yayılıb. O, qısa reklam xəbərindən ibarətdir (adətən onun müddəti bir dəqiqədən artıq olmur) və bu xəbərdə istehlakçılar reklam verən şəxsin məhsullarının və ya xidmətlərinin əsas üstünlükləri, habelə xüsusi təkliflər və qiymət endirimləri haqqında məlumatlandırılır. Əlbəttə ki, hər bir reklam audio çarxında mütləq ticarət obyektinin, firmanın və ya müəssisənin əlaqə məlumatları elan edilir. Onu da qeyd etmək lazımdır ki, bu cür çarxlar bir neçə hissəyə bölünür. Sahibkarlar cinqllar (yarım dəqiqəlik səsli və musiqili reklam çarxları), mahnılar, nöqtəvi radio reklamları (reklam elanları) və lent yazısından səsləndirilən səsli xəbərlər arasında seçim edə bilər.

2. Diktorun oxuduğu elanlar. Bunlar musiqi blokları və proqramları arasındakı fasilələrdə radio aparıcılarının oxuduqları elanlardır.

3. Müsahibə. Öz şirkətini reklam etməyin əla bir üsulu müəssisənin rəhbəri və ya əsas mütəxəssisi ilə müsahibədir. Radio reklamının bu formasının aşkar üstünlüyü ondan ibarətdir ki, o, reklam kimi deyil, maarifləndirici və maraqlı bir məlumat kimi təqdim edilir.

4. Radio proqramında malın adının çəkilməsi. Bu cür reklam yorucu səslənmir, deməli o, dinləyicidə güclü qıcıq yaratmayacaq.

5. Müsabiqələr. Əgər siz öz malınızı və ya xidmətinizi (məsələn, gözəllik salonun ziyarət edilməsi üçün sertifikat) viktorinada və ya müsabiqədə qələbə qazanılmasına görə bir mükafat kimi istifadə etməyi təklif edərsinizsə, bu, aşkar reklam hesab olunmayacaq. Radio reklamının bu formasına üstünlük verərək, siz firmanın və ya brendin adının tanınması dərəcəsini yüksəldə bilərsiniz, habelə yeni daimi müştərilər və ya alıcılar cəlb edə bilərsiniz.


Bundan əvvəl artıq qeyd edildiyi kimi,
radioda reklamlar öz həcmlərinə görə də fərqlənirlər:

1. Nöqtəvi həcm – radioda reklam xəbəri ayrıca radiostansiyada bir elan kimi yayımlanır (bu, radio reklamının ən çox rast gələn növüdür);

2. Radio şəbəkəsi – bir və ya bir neçə şəbəkə ilə əlaqə saxlayaraq, yayımı eyni vaxtda həyata keçirən filiallar qrupu.


Radio reklamını
necə səmərəli etmək olar?


İstənilən digər reklam kimi, radioda reklam nisbətən çox və ya az səmərəli ola bilər.

Sizin reklam çarxınızın və elanınızın sizin müəssisəyə, firmaya və ya ticarət obyektinə maksimal fayda verməsi üçün, siz bir neçə sadə, lakin vacib tövsiyəyə riayət etməlisiniz.

1. Nəzərin cəlb edilməsi. Reklam çarxı ilk on saniyə ərzində dinləyiciyə xoş təsir bağışlamalıdır. Məhz buna görə çalışmaq lazımdır ki, həmin vaxt ərzində sizin xəbəriniz aydın və təsirli səslənsin. Şübhəsiz ki, bu işlə reklam şirkətindən olan mütəxəssislər məşğul olacaq, lakin siz bunu bilməlisiniz ki, öz tələblərinizi dəqiq şəkildə ifadə edəsiniz və əldə edəcəyiniz reklam məhsuluna adekvat qiymət verəsiniz.

2. Səmərəliliyi müşayiət edən amillər. Yadda saxlayın ki, radioda reklamın səmərəliliyinə təsir göstərən ən mühüm amillər aşağıdakı parametrlərdir: radiostansiyanın profili, sizin elanın yayımlandığı anda radioda səsləndirilən verilişlər, reklam xəbərinin təkrarlarının sayı, habelə yayımın müddəti.

3. Düzgün quruluş. Radioda reklam çarxının müəyyən quruluşu mövcuddur: təbliğ edilən mal və ya xidmət haqqında məlumat, onun əsas üstünlükləri və reklam verən şəxsin əlaqə məlumatları.

4. Müddət. Audio çarxın müddəti uzun olmamalıdır. Yol verilən maksimal müddət 1 dəqiqə təşkil edir. Daha qısa reklam xəbərləri dinləyicini “qarmağa keçirməyə” qadir olan məlumatı özündə sığdırmaya bilər, uzun elanı isə dinləyicilər sonadək diqqətlə dinləməyəcəklər.

5. Maraqlı ideya. Yadda saxlayın ki, sizin audio çarx və ya elan digər reklam xəbərlərindən fərqlənməlidir. Bundan əlavə, brendin, məhsulun və ya təşkilatın adı beş dəfədən az olmayaraq səslənməlidir. Reklam çarxının özünün efirə daxil olmasının müntəzəmliyi və aydın şəkildə səslənməsi onu həqiqətən təsirli edəcək.

6. Son dərəcə aydın səslənmə. Mürəkkəb sözlərdən və həddindən çox qəliz nitq tərzindən istifadə etməkdən çəkinməyə çalışın. Bu, reklam xəbərini həddindən çox ağırlaşdırır. Dinləyici isə xəbərin mənasını dərhal və tam başa düşməlidir.

7. Yayımların düzgün müntəzəmliyi. Audio çarxın radio dinləyicisinin yadında yaxşı qalması üçün, onu gündə ən azı on dəfə təkrarlamaq lazımdır.