
EVENT
Tədbir marketinqi geniş tədbirlər çeşidini ehtiva edir. Onların köməyi ilə təbliğatla əlaqədar olan məsələlər həll edilir, həmçinin məhsul istehlakçılarının gözlərində, habelə işgüzar mühitdə şirkətlərin özlərinin mövqeləri yaxşılaşır. Bununla da tədbir marketinqi iki əsas məsələni – reklam və imic məsələlərini həll edir.
ƏSAS
STRATEGİYALAR
Tədbirin strategiyası səbəbdən, məsələlərdən, brendin xüsusiyyətlərindən çıxış edərək formalaşdırılır.
1. Məlumat strategiyası şirkətin təklifləri, xüsusiyyətləri, nadir xarakteristikaları, yeni təkmilləşdirmələri, qiymət taktikası haqqında əsas məlumatların çatdırılmasını nəzərdə tutur. Təqdimatlar, seminarlar, konfranslar, istehlakçılar arasında çox rəğbət qazanan paylama (nümunələrin sınanması) və dadma (dequstasiya) tədbirləri bu məqsədə mükəmməl şəkildə uyğun gəlir.
2. İmic strategiyası firmanın özü, onun məhsullarının çeşidi, onun göstərdiyi xidmətlər ilə sıx əlaqəli olan bir sıra çox müsbət assosiasiyaları formalaşdırır. Bu strategiyanın həyata keçirilməsi məqsədilə bayramlar və idman tədbirləri təşkil olunur. Ənənəvi əyləncə gecələri olmadan keçinmək də mümkün deyil.
3. Birləşdirilmiş strategiya. Birincisi, bu, reklam kampaniyasını rəngarəng etməyə, onun əsas elementlərini vurğulamağa qadir olan, müxtəlif növlərdən olan tədbirlərin müəyyən qarışığıdır. İkincisi, əgər hərtərəfli strategiyanı bir neçə tərkib hissəyə bölmək mümkün olsaydı, o zaman onun ən iri həcmli hissəsi sərgilərdə iştirak olardı. Məhz bu cür tədbir bir sıra məsələni bir dəfəyə həll etməyə imkan verir, dəqiqliklə düşünülmüş strategiya olduqda isə – maksimal sayda mövzunu və məsələni əhatə etməyə imkan verir.
TƏDBİR
MARKETİNQİNİN SƏMƏRƏLİLİYİ
Tədbir marketinqi qiymətlərin endirilməsi və endirim paketləri kimi ənənəvi tədbirlərin faydasını artırmağa imkan verir. Bazarın daimi böyüməsi şəraitində özünü mükəmməl şəkildə doğrultmuş bu tədbirlər durğunluq və böhran şəraitində artıq o qədər də səmərəli olmur. Üstəlik, bazarın bütün seqmentlərinə təsir göstərən, getdikcə artan rəqabət də bu tədbirlərin səmərəliliyini azaldır.
Tədqiqatlar göstərir ki, müasir istehlakçı üçün həm qiymət, həm də imic amili əhəmiyyətlidir. Vacibdir ki, satın alınan mallar bir sıra müsbət emosiyanın yaranmasına səbəb olsun, daha əhəmiyyətli bir fəaliyyətin iştirakçısı olmaq hissini formalaşdırsın. Tədbir marketinqi məhz bu qeyri-maddi amilləri yaradır. Məcburi məlumat elementinə malik olan, əyləncə formatında olan tədbirlər isə ziyarətçilər üçün özünəməxsus bir maqnit rolu oynayır. Tədbirlər asudə vaxtının keçirilməsinin pulsuz forması hesab olunur, insanlar festivallara və digər tədbirlərə bir çox halda ailəlikcə gəlirlər. Burada biz bu istiqamətin ənənəvi reklamdan əsaslı şəkildə fərqləndiyini görürük: yorucu xəbərlər əvəzinə xoş emosiyalar. Təəccüblü deyil ki, tədbirin səmərəliliyi də xeyli yüksək olur.
Mütəxəssislər tədbir istiqamətinin həll etdiyi məsələlərin çeşidinin geniş olduğunu və bir sıra dəyərli üstünlüklərə malik olduğunu qeyd edirlər. Tədbir marketinqi böyük məlumat potensialına malikdir, çünki o, brendlərin üstünlükləri, tərkibi, məziyyətləri haqqında maksimal dərəcədə dolğun və əyani şəkildə məlumat verir, qonaqlar yuxarıda deyilənlərin hamısını bilavasitə qiymətləndirmək fürsəti qazanırlar.
Tədbir marketinqi – davamı olan bir tarixçədir, çünki ən çox səs-küy salmış tədbirlər ənənəvi KİV-lərində, habelə ən geniş yayılmış format olan sosial şəbəkələrdə müzakirə olunur.
Nəhayət, tədbir marketinqi nə az nə çox istehlakçılarla əks əlaqə vasitəsidir, həmçinin o, tədqiqatlar üçün zəngin material təmin edir.
Tədbir marketinqi istənilən biznes sahəsi çərçivəsində aktual olan məsələlərin hərtərəfli həllidir.
Gəlin əsas məsələləri seçib göstərək:
1. Məlumat səbəbinin iri miqyaslı reklam kampaniyasının bir hissəsi kimi yaradılması
2. Hədəf auditoriyanın (HA) nümayəndələri ilə daha düzgün və müsbət münasibətlərin qurulması
3. Yeni mümkün tərəfdaşlar, dilerlər ilə dostluq əlaqələrin qurulması, malların paylanmasında maraqlı olan yeni şəxslərin cəlb edilməsi və s.
4. Sərmayə imkanlarının genişləndirilməsi
5. Kampaniyanın və onun məhsullarının qavrayışının yaxşılaşdırılması.
QEYRİ-MEDİA
REKLAMININ ÜSTÜNLÜKLƏRİ
Qeyri-media reklamı konkret istehlakçılar qrupu ilə qarşılıqlı fəaliyyətə yönəldilən brendin reklam edilməsi fəaliyyətini nəzərdə tutur. Bunun üçün şirkətlər Google və ya Yandex məlumat axtarışı sistemlərində, sosial şəbəkələrdə ünvanlı reklamdan, vərəqələrin paylanması üzrə dar istiqamətli kampaniyalardan, tematik tədbirlərdən, ixtisaslaşdırılmış sərgilərdən və bir çox digər üsuldan istifadə edirlər.
Qeyri-media reklamı şirkətin xəbərini birbaşa hədəf istehlakçıya çatdırmağa imkan verir.
Bu yanaşmanın üstünlükləri ilə tanış olun:
1. Yüksək səmərəlilik. Reklam düz satış yerində həyata keçirilir və bu, artıq tanışlıq mərhələsində mümkün müştərilərin rəğbətini qazanmağa kömək edir və onları elə burdaca məhsul və ya xidmət almağa həvəsləndirir.
2. Minimal qıcıqlandırma səviyyəsi. Qeyri-media reklamı çox ehtimal ki şirkətin məhsuluna və ya xidmətinə maraq göstərən konkret hədəf qrupuna yönəldilir. Ona görə də, televiziya ilə verilən reklamdan fərqli olaraq, bu halda alıcıların qıcıqlanması səviyyəsi demək olar ki, sıfıra enir.
3. Nəticələrin izlənməsinin yüksək dəqiqliyi. Qeyri-media reklamı mümkün alıcı ilə birbaşa qarşılıqlı əlaqəni nəzərdə tutur, bu isə, cəlb edilmiş müştərilərin və satılmış malların dəqiq miqdarını izləməyə imkan verir. Məsələn, reklam lövhələrinə vurulan reklamın məhsuldarlığını yalnız təxmini şəkildə öyrənmək mümkündür.
4. Fərdiləşdirmə imkanı. Konkret hədəf seqmenti ilə aparılan iş təkcə mümkün alıcılar qrupu üçün deyil, həm də ayrı-ayrılıqda hər bir müştəri üçün reklamı fərdiləşdirməyə imkan verir. Hər şey şirkətin fəaliyyətinin xüsusiyyətlərindən və onun istifadə etdiyi qeyri-media reklamı vasitələrindən asılıdır.
5. Əlçatanlıq. Qeyri-media reklamı həm iri biznes seqmentinə, həm də kiçik büdcəli şirkətlərə uyğun gəlir. Bu, malı və ya xidməti demək olar ki, dərhal satın almağa hazır olan mümkün müştərilərlə birbaşa qarşılıqlı əlaqə sayəsində mümkün olur.