media-billboard-ads-share

BİLBORD

Ənənəvi  reklamlarından istifadə azalsa da, bu onların tamamilə sıradan çıxması mənasına gəlmir. Onların sıradan çıxması mümkün də deyildir, çünki reklam lövhələri nəinki populyar olaraq qalır, həm də reklamverənlər on illər əvvəl olduğu dövrdəkindən daha çox ona pul xərcləyirlər.

BİLBORDUN
ÜSTÜNLÜKLƏRİ


Reklamın yerləşdirilməsi üçün reklam lövhələrinin istifadə edilməsi istehlakçıların qavrayışına səmərəli təsir göstərmək imkanıdır.

Standart ölçülü reklam lövhəsi üzərində verilən məlumatla bir neçə saniyə ərzində tanış olmaq mümkündür. Bu, reklam lövhələrinin istifadə edilməsinin xeyrinə olan daha bir dəlildir, axı alıcı hesab edir ki, o, öz seçimini müstəqil şəkildə edir.

Böyük lövhələr üzərindəki şəkillər müxtəlif insan qruplarının diqqətini asanlıqla cəlb edir və şirkətin reklamının tez nəzərə çarpmasına imkan verir. Reklam lövhəsi konstruksiyalarını ticarət obyektinin bilavasitə yaxınlığında yerləşdirmək imkanı malları satan sahibkarlar üçün bir üstünlük hesab olunur.

REKLAM LÖVHƏLƏRİ
ÜZƏRİNDƏKİ REKLAM KİMƏ LAZIMDIR?


Reklam lövhələrinin istifadə edilməsinin hansı şirkətlər üçün səmərəli olacağını başa düşmək üçün aşağıdakı amillərin təsir dərəcəsini qiymətləndirmək lazımdır:

1. Əhatə ərazisi. Bir çox halda müştəri reklam lövhəsinin yerləşdiyi yerdə məlumata tələbatın mövcudluğunu nəzərə almır.

2. Layihənin sifarişçi üçün dəyəri. Böyük ölçülü məlumat daşıyıcıları üçün reklam məhsullarının hazırlanması kifayət qədər xərc tələb edən bir işdir. Reklam lövhəsini icarəyə götürmək qərarını qəbul etməzdən əvvəl, bu layihənin həyata keçirilməsinin mümkün faydasını qiymətləndirmək lazımdır. Əgər bu iş kifayət qədər yüksək gəlir gətirməyəcəksə və mənfəət yalnız reklamın yerləşdirilməsinə çəkilən xərcləri ödəməyə imkan verəcəksə, o zaman yaxşı olar ki, mümkün istehlakçıların əhatə edilməsinin digər üsulları işə salınsın.

3. Hədəf auditoriya. İnsan axınının mövcudluğu hələ o demək deyil ki, şirkət “öz” müştərisini tapmasa belə, reklama çəkilmiş xərclər qısa müddətdə çıxardılacaq.

Təcrübənin göstərdiyi kimi, reklam lövhələri əhaliyə xidmətlər göstərən və mallar satan formalar üçün aktualdır.
Alıcıların maksimal dərəcədə əhatə olunması və hədəf auditoriyanın tez cəlb edilməsi üçün aşağıdakı müəssisələr üçün reklam lövhələri üzərində reklam sifariş etmək məqsədəuyğundur:

Böyük aptek və ya klinika şəbəkələri;
Şəhərlərdə filiallara malik olan ticarət obyektləri;
Yanacaq doldurma stansiyaları və avtomobil satışı salonları;
Tam xidmətlər çeşidinə malik olan hüquq kontorları;
Şəbəkə restoranları və ya kafeləri.

Əyləncə müəssisələri (kinoteatrlar, konsert zalları və gecə klubları), böyük miqdarda hədəf auditoriyasının bir ideya ilə tez əhatə edilməsini vacib hesab edən ictimai təşkilatlar və idman klubları böyük reklam lövhələri üzərində məlumatların təbliğ edilməsi imkanından istifadə edə bilərlər.

Daxili istehlak üçün məhsulların istehsalı ilə məşğul olan şirkətlər və ya kiçik dövriyyəyə malik olan mini-firmalar üçün böyük sahələr üzərində reklam məhsulları yerləşdirmək məqsədəuyğun deyil.